Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, şəhərin "Stansiya Sumqayıt" ərazisində 152 və 153 saylı balansda yerləşən D=159 mm-lik orta təzyiqli qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar sentyabrın 25-də saat 11:00-dan etibarən 2300 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qaz verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.
10:32 25.09.2025
Oxunuş sayı: 2936