İƏT Əmək Mərkəzi işçilərin hüquqlarının qorunması istiqamətində yeni addımlar atacaq
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi işçilərin hüquqlarının qorunması istiqamətində yeni addımlar atacaq.
Crossmedia.az xəbər verir ki, bunu mərkəzin nümayəndəsi Anar Məlikov Bakıda keçirilən Yüksək Vəzifəli Rəsmilərin İƏT-in Baş Assambleyasının 2-ci Sessiyasına Hazırlıq İclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Əmək Mərkəzi İƏT-ə üzv dövlətlərlə birgə bir sıra layihələr hazırlamağa, yeni addımlar atmağa həvəslidir:
"Əməyin keyfiyyətinin artırılması bizim üçün önəmlidir. Bunun üçün yeni layihələr, proqramlar lazımdır. Biz təkliflərə açığıq. Ümid edirəm, birlikdə uzunmüddətli qərarlar alıb yeniliklərə addım ata biləcəyik".
10:20 24.09.2025
Oxunuş sayı: 3783