İran BMT-də irəli sürdüyü qətnaməni geri götürüb
İran ÇİN, Rusiya və digər ölkələrlə birlikdə təqdim etdiyi, nüvə obyektlərinə hücumların qadağan edilməsini nəzərdə tutan qətnaməni BMT-nin nüvə nəzarət orqanının illik iclasında səsverməyə çıxarmazdan əvvəl son anda geri götürüb.
Crossmedia.az Associated Press-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı anonimlik şərti ilə danışan Qərb diplomatlarının bildirdiyinə görə, ABŞ qətnamənin qəbulunun qarşısını almaq üçün fəal şəkildə qeyri-rəsmi təzyiqləri göstərib. Diplomatların sözlərinə görə, Vaşinqton qətnamə qəbul olunacağı halda Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) ayrılan maliyyəni azaltmaq və İsrailin agentlikdəki hüquqlarını məhdudlaşdıracaq addımlara qarşı çıxmaq barədə siqnallar verib.
Qətnamənin geri çağırılması ABŞ-ın müttəfiqlərinin İranın nüvə proqramı ilə bağlı BMT sanksiyalarının bərpasını təxirə saldığı bir vaxtda baş verib.
Nicat Rüstəmzadə
12:43 19.09.2025
Oxunuş sayı: 3328