"Trabzonspor" yeni baş məşqçisini açıqladı
Türkiyənin "Trabzonspor" futbol komandasının yeni baş məşqçisi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, klub alman mütəxəssis Tomas Raysla anlaşdığını bəyan edib. O, bu postda Fatih Tekkeni əvəzləyib.
Xatırladaq ki, "Trabzonspor" Superliqada 5 turdan sonra 7 xalla 9-cu pillədə qərarlaşıb.
16:03 17.09.2026
Oxunuş sayı: 48