İsrailin Qəzzaya hücumu nəticəsində 24 saatda 5 nəfər ölüb
İsrail ordusunun atəşkəsə baxmayaraq Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində 5 nəfər həyatını itirib, 28 nəfər yaralanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Qəzza Səhiyyə Nazirliyinin yaydığı açıqlamada İsrailin 2023-cü ilin oktyabrından bəri bölgəyə həyata keçirdiyi hücumlarda ölən və yaralananlarla bağlı son məlumatlar açıqlanıb.
Məlumata görə, 10 oktyabr 2025-ci ildə atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumları nəticəsində Qəzzada 1 386 nəfər həyatını itirib, 4 784 nəfər yaralanıb. Eyni zamanda, dağıntılar altından 831 nəfərin cəsədi çıxarılıb.
İsrailin 2023-cü ilin oktyabrından etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində ümumi ölənlərin sayının 73 821-ə, yaralananların sayının isə 174 897-yə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə insanın cəsədinin qaldığı qeyd olunur.
16:04 17.09.2026
Oxunuş sayı: 51