Şimali Koreyanın Rusiyadan narazılığı artır
Şimali Koreyanın getdikcə Rusiyadan narazılığı artır.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.
Şimali Koreya Rusiyaya 9.8 milyard dollarlıq silah tədarük edib. Bu onun ÜDM-nün böyük hissəsidir. Amma bunun qarşılığında Rusiya cəmi 1.2 milyard dollar dəstək verib. Artıq bu barədə Kim Putinə şikayət də edib.
Putin isə əsəbləşib və onun narazılığının düzgün olmadığından gileylənib. Lakin bəzi mənbələr iddia edir ki, Şimali Koreya Rusiya ilə əməkdaşlıqdan 20 milyard dollar qazanıb. Buna baxmayaraq başqa mənbələr bildirir ki, Rusiya hələ də sualtı texnologiyalar və digər hərbi texnologiyaların Kim rejiminə verilməsinə tələsmir.
12:26 19.09.2025
Oxunuş sayı: 3718