ABŞ Federal Ehtiyat Sistemi baza faiz dərəcəsini endirib

Ölkənin mərkəzi bankı funksiyasını həyata keçirən ABŞ Federal Ehtiyat Sistemi (FRS) 2024-cü ilin dekabrından bəri ilk dəfə baza faiz dərəcəsini azaldıb.
Crossmedia.az xəbər verir ki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında deyilib.
Federal fondların faiz dərəcəsi üçün hədəf diapazonu 4–4,25% səviyyəsində müəyyən olunub. Bu, əvvəlki göstəricidən 0,25 faiz bəndi azdır.
Bəyanatda qeyd olunub: “FOMC iqtisadi məqsədləri dəstəkləmək və risklərin dəyişən balansını nəzərə alaraq, federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4 faizdən 4,25 faizə endirmək qərarına gəlib”.
ABŞ Federal Ehtiyat Sisteminin növbəti faiz qərarı oktyabrın 29-da açıqlanacaq.
23:54 17.09.2025
Oxunuş sayı: 551