Qırğızıstan və Türkiyə strateji əməkdaşlığı gücləndirir

Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı qəbul edib. Görüşdə səhiyyə, bank sektoru, investisiyalar və ticarət əlaqələri müzakirə olunub. Tərəflər qarşılıqlı ticarət dövriyyəsini 5 milyard dollara çatdırmaq niyyətini ifadə ediblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Qırğızıstan enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm sahələrində Türkiyə investorları üçün əlverişli şərait təklif edib. Səfər çərçivəsində iki ölkə 10 milyard dollarlıq investisiya sazişi imzalayaraq münasibətləri “hərtərəfli strateji əməkdaşlıq” səviyyəsinə yüksəldiblər.
20:23 17.09.2025
Oxunuş sayı: 521