İran və Fransa XİN başçıları arasında telefon danışığı olub

İranın xarici işlər naziri Abbas Əraqçı ilə fransalı həmkarı Jan Noel Baro arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, söhbət zamanı Fransa tərəfi bölgədə artmaqda olan gərginlikdən narahatlığını ifadə edib. Baro qarşılıqlı dialoqun qorunmasının və tərəflərin diplomatik yola qayıtmasının vacibliyini vurğulayıb.
Abbas Əraqçı isə cavabında Avropa ölkələrinin “snapback” mexanizmini işə salmaq cəhdinin nə siyasi, nə də hüquqi əsasının olmadığını bildirib. O, İranın beynəlxalq məsələlərin, o cümlədən nüvə proqramının yalnız diplomatik yollarla həllinə sadiq qaldığını qeyd edib.
“Biz qarşılıqlı marağa əsaslanan və ədalətli istənilən həll yoluna hazırıq”, – deyə, Əraqçı bildirib.
14:52 17.09.2025
Oxunuş sayı: 781