Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişiklik edilib

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 78; 2025, № 2, maddə 187) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədində profilaktik zolaq və baytar-sanitar rejiminə dair Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.1-ci bəndin ikinci abzasında “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə əvəz edilsin;
1.2. 3.6-cı bənddən “ və yemlərin” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 633 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında geodeziya-istinad məntəqələrinin istifadəsi və mühafizəsi qaydalarına dair Əsasnamə”nin 5-ci hissəsinin ikinci abzasına “yem” sözündən sonra “məhsullarından” sözü əlavə edilsin.
3. “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 72 (Cild I); 2024, № 1, maddə 113) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adında və 1-ci hissəsində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin), iş yerlərinin SİYAHISI” üzrə:
3.2.1. adında “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
3.2.2. 22-ci hissədə “Yeyinti” sözü “Qida” sözü ilə, “ərzaq” sözü (ikinci halda) “qida” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 58 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 246 (Cild I); 2024, № 9, maddələr 1067, 1106; 2025, № 2, maddə 187) ilə təsdiq edilmiş “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. “IX.MİKROBİOLOGİYA İSTEHSALATI” bölməsi üzrə:
4.1.1. “Qeyri-ərzaq bitki xammalının hidrolizi üsulu ilə şəkərlərin istehsalı:” hissəsinin adında “Qeyri-ərzaq” sözləri “Qeyri-qida” sözləri ilə əvəz edilsin;
4.1.2. “Vitaminli, antibiotikli və amin turşulu yemlərin istehsalı:” hissəsinin adında “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə əvəz edilsin;
4.2. “XXV.YEYİNTİ SƏNAYESİ” bölməsi üzrə:
4.2.1. adında “YEYİNTİ” sözü “QİDA” sözü ilə, “Yeyinti məhsulları istehsalının ümumi peşələri:” hissəsinin adında “Yeyinti” sözü “Qida” sözü ilə, “Qurudulmuş meyvə və tərəvəzin yeyinti konsentratlarının, qəhvə məhsullarının və ədviyyatların istehsalı:” hissəsinin adında, “Ət və süd sənayesi” “Ət məhsullarının istehsalı:” hissəsinin dördüncü abzasında, “Yağ, pendir və süd istehsalı:” hissəsinin səkkizinci abzasında “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
4.2.2. “Ət və süd sənayesi” “Ət məhsullarının istehsalı:” hissəsinin üçüncü abzasına və “Quş emalı:” hissəsinin on beşinci abzasına “yem” sözündən sonra “məhsulları” sözü əlavə edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 dekabr tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2002, № 12, maddə 751; 2019, №12, maddə 2101) ilə təsdiq edilmiş “İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə ƏSASNAMƏ”nin altıncı və iyirmi üçüncü abzaslarında “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 583 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 579, № 9, maddələr 1067,1106; 2025, № 2, maddə 187) ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalat, peşə və vəzifələrin adı” sütununda aşağıdakı dəyişikliklər edilsin:
6.1. “XXVII. Yeyinti sənayesi” bölməsinin 4-cü bəndində “yemlərin” sözü “yem məhsullarının”sözləri ilə, 57-ci bəndində “Yemlərin” sözü “Yem məhsullarının”sözləri ilə, “yemləri” sözü “yem məhsullarını” sözləri ilə əvəz edilsin;
6.2. “XXX. Nəqliyyat” bölməsinin 17-ci və 176-cı bəndlərində “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə əvəz edilsin;
6.3. “XXXII. Kənd təsərrüfatı” bölməsinin 3-cü bəndində “Yemlərin” sözü “Yem məhsullarının”sözləri ilə, “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə əvəz edilsin;
6.4. mətn üzrə “Yeyinti” sözü “Qida” sözü ilə, “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 963 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 579, № 9, maddələr 1067, 1106) ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın “İstehsalatların, peşə və vəzifələrin adı” sütununda mətn üzrə “YEYİNTİ” sözü “QİDA” sözü ilə, “Yeyinti” sözü “Qida” sözü ilə, “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 206 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1066 (Cild I); 2024, № 2, maddə 208) ilə təsdiq edilmiş “Nərə cinsli balıq ehtiyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın 4.3-cü bəndinin birinci abzasında “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1227 (Cild I) ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 4.1.5-ci yarımbəndinə “yem” sözündən sonra “məhsullarının” sözü əlavə edilsin.
10. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 293 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
10.1. həmin Qərarla təsdiq edilmiş “Epizootiya monitorinqinin aparılması Qaydası”nın 2.4.1-ci yarımbəndinin yeddinci abzasında “yemlə” sözü “yem məhsulları ilə” sözləri ilə əvəz edilsin;
10.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
10.2.1. II hissəsinin ikinci abzasında “preparatları, yem və yem əlavələrinin” sözləri “preparatlarının” sözü ilə əvəz edilsin;
10.2.2. II hissəsinin üçüncü abzasından “, heyvandarlıq müəssisələrinin, bazarların dövlət baytarlıq nəzarətində olan məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı yerlərinin, həmçinin heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ” sözləri çıxarılsın.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 56 (Cild I); 2024, № 2, maddələr 209, 213, № 5 (II kitab), maddə 579, № 9, maddə 1106; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 iyul tarixli 223 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SİYAHISI” nda aşağıdakı dəyişikliklər edilsin:
11.1. 22-ci bölmənin 22.5-ci bəndinin beşinci abzasında “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
11.2. 27-ci bölmə üzrə:
11.2.1. adında “Yeyinti” sözü “Qida” sözü ilə əvəz edilsin;
11.2.2. 27.2-ci bəndin “a) fəhlələr:” abzasının üçüncü sətrində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 63 (Cild I) ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”nın 2.6-cı bəndində “yemlərlə” sözü “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun yem məhsulları ilə” sözləri ilə əvəz edilsin.
13. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 392 (Cild I); 2024, № 1, maddə 105, № 5 (II kitab), maddə 606) aşağıdakı dəyişikliklər edilsin:
13.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
13.1.1. 2.1-ci bənddən “yem və yem əlavələri,”, “yem məqsədilə işlədilən kənd təsərrüfatı və sənaye tullantıları,” sözləri çıxarılsın;
13.1.2. aşağıdakı məzmunda 3.19-cu bənd əlavə edilsin:
“3.19. Elmi tədqiqatlar nəticəsində hazırlanmış və təkmilləşdirilmiş yem məhsullarının və yem əlavələrinin baytarlıq normativlərinə uyğunluğunu müəyyən etmək üçün onlar bu Qaydaya uyğun olaraq aprobasiyadan keçirilməlidirlər.”;
13.1.3. 5.2-ci bənddən “və 6” sözləri çıxarılsın;
13.1.4. 5.6-cı bənddən “yem məqsədilə işlədilən kənd təsərrüfatı və sənaye tullantıları,”sözləri çıxarılsın;
13.2. həmin Qaydalara 6 nömrəli əlavə — “Qeyri-məhsuldar heyvanlar üçün yemlərin qeydiyyata alınması məqsədilə təqdim olunan sənədlərə Tələblər” ləğv edilsin.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 550 (Cild I) ilə təsdiq edilmiş “Dövlət nümunəvi baytarlıq uçot və hesabat sənədləri blanklarının Forması”nda aşağıdakı dəyişikliklər edilsin:
14.1. “Yem, yem əlavələrinin və digər nümunələrin mikotoksikoloji müayinə jurnalı” Forma № 18-vet-in adına “Yem” sözündən sonra “məhsullarının” sözü, mətninə (birinci halda) “yem” sözündən sonra “məhsullarının” sözü əlavə edilsin, “Yemin” sözü “Yem məhsullarının” sözləri ilə əvəz edilsin;
14.2. “Dövlət sərhədinin buraxılış məntəqələrində idxal və ixrac edilən heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin baxışının uçotu jurnalı” Forma № 29-vet-in adına (birinci halda )“yem” sözündən sonra “məhsullarının” sözü əlavə edilsin;
14.3. “Heyvan mənşəli yarımfabrikat, yem unu, kolbasa və kulinar məmulatlarının bakterioloji müayinələrinin qeydiyyat jurnalı” Forma № 37-vet-in mətnində “ərzağın” sözü “qida məhsulunun” sözləri ilə, “ərzaqda” sözü “qida məhsulunda” sözləri ilə əvəz edilsin.
15. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, maddə 1016 (Cild I); 2024, № 1, maddə 116) aşağıdakı dəyişikliklər edilsin:
15.1. 1-ci hissədən “Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları”,” sözləri çıxarılsın;
15.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
15.2.1. 5-ci hissənin adında “Preparatları, Yem və Yem Əlavələrinin” sözləri “Preparatlarının” sözü ilə əvəz edilsin;
15.2.2. 5.1-ci və 5.3-cü bəndlərdən “ , yem və yem əlavələri” sözləri çıxarılsın;
15.2.3. 5.2-ci və 5.4-cü bəndlərdən “ , yem və yem əlavələrinin” sözləri çıxarılsın.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 26 oktyabr tarixli 169 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 858 (Cild I) ilə təsdiq edilmiş “Əhalinin sağlamlığının qorunmasında və digər sahələrdə istifadə edilən arıçılıq məhsulları xammalı və onların əsasında hazırlanmış apifitoməhsulların istehsalı, dövriyyəsi və tətbiqi QAYDASI”nda aşağıdakı dəyişikliklər edilsin:
16.1. 3.2-ci bənddə “Yeyinti məhsulları” sözləri “Qida təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;
16.2. 4.1-ci bənddə “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
17. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 noyabr tarixli 200 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1034 (Cild I) cədvəlində “İqtisadi fəaliyyət növü” sütunu üzrə 5-ci risk dərəcəsinin beşinci abzasında “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə əvəz edilsin.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 262 (Cild I) ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “31. Aqrar elmlər” bölməsində “Yem” sözü “Yem məhsulları” sözləri ilə, “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə əvəz edilsin.
19. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1198 (Cild I); 2024, № 4, maddə 437, № 6 (II kitab), maddə 736, № 9, maddə 1106) aşağıdakı dəyişikliklər edilsin:
19.1. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası”na aşağıdakı məzmunda 2.11-ci bənd əlavə edilsin:
“2.11. Bu Qayda ilə müəyyən edilən tələblər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsi ilə müəyyən edilmiş genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına şamil edilmir.”;
19.2. həmin Qərarla təsdiq edilmiş 12 nömrəli əlavə - “Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı Qaydası”na aşağıdakı məzmunda 17-ci bənd əlavə edilsin:
“17. Bu Qayda ilə müəyyən edilən tələblər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsi ilə müəyyən edilmiş genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına şamil edilmir.”.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 dekabr tarixli 291 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1355 (Cild I) ilə təsdiq edilmiş “Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi Qaydası”na aşağıdakı məzmunda 2.9-cu bənd əlavə edilsin:
“2.9. Bu Qayda ilə müəyyən edilən tələblər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsi ilə müəyyən edilmiş genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına şamil edilmir.”.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1030 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612, № 9, maddələr 1090, 1106, № 12 (II kitab), maddə 1460) ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması QAYDALARI”nın 3.3.6-cı yarımbəndində “qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatının, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildirişi, Qida Təhlükəsizliyi Reyestrindən çıxarışı, sağlamlıq sertifikatını, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərin” sözləri ilə əvəz edilsin.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 oktyabr tarixli 286 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013 , № 10 , maddə 1207 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612, № 12 (II kitab), maddə 1460) ilə təsdiq edilmiş “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”nın 8.3-cü bəndində “qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışla” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildirişi, Qida Təhlükəsizliyi Reyestrindən çıxarışı, sağlamlıq sertifikatını, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərlə” sözləri ilə əvəz edilsin.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 18 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 203 (Cild I); 2024, № 1, maddə 74, № 2, maddə 209, № 9, maddə 1106; 2025, № 2, maddə 187) ilə təsdiq edilmiş “Tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan hallar”ın 1.34.1-ci yarımbəndinə “yem” sözündən sonra “məhsulları” sözü əlavə edilsin və 1.34.3-cü yarımbəndində “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə əvəz edilsin.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 iyun tarixli 231 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1207 (Cild I) ilə təsdiq edilmiş “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
24.1. 1.33-cü bənddə “yeyinti” sözü “qida” sözü ilə, 1.76-cı bənddə “Yeyinti” sözü “Qida” sözü ilə əvəz edilsin;
24.2. 1.75-ci bənddə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
24.3. 3.1-3.97-ci, 3.101-ci, 3.102-ci, 3.106-cı, 3.109-cu, 3.112-ci, 3.114-cü, 3.120-ci, 3.122-ci və 3.123-cü bəndlər ləğv edilsin.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164 (Cild I); 2024, № 1, maddə 127, № 2, maddə 244, № 4, maddə 465, № 7, maddələr 891, 903, № 9, maddələr 1045, 1106, № 10, maddələr 1165, 1178, № 11, maddə 1257, № 12 (I kitab), maddələr 1319, 1324; 2025, № 2, maddə 187, № 3, maddələr 266, 268, № 5, maddə 512) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
25.1.“QRUP 19” üzrə 1901 mal mövqeyinə aid sətrin ikinci sütununda , 1904, 1904 10, 1904 20 yarımmövqelərinə aid sətirlərin ikinci sütunlarında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
25.2. “QRUP 21” üzrə 2105 00 yarımmövqeyinə aid sətrin ikinci sütununda “yeyinti” sözü “qida üçün yararlı” sözləri ilə əvəz edilsin;
25.3. “QRUP 23”ün adında “YEYİNTİ” sözü “QİDA” sözü ilə əvəz edilsin;
25.4. “QRUP 73” üzrə 7310 21 110 0 alt yarımmövqeyinə aid sətrin ikinci sütununda “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
25.5. “QRUP 82” üzrə 8208 30 000 0 alt yarımmövqeyinə aid sətrin ikinci sütununda “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
25.6. “QRUP 84” üzrə 8418 50 110 0 alt yarımmövqeyinə aid sətrin ikinci sütununda və 8438 mal mövqeyinə aid sətrin ikinci sütununda “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin, 8476 mal mövqeyinə aid sətrin ikinci sütununda “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;
25.7. “QRUP 85” üzrə “Qeydlər”in 4-cü hissəsinin a bəndində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
26. “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nın və “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 550 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2498 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
26.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların SİYAHISI”nın cədvəl hissəsində VII bölmənin adında “Yeyinti” sözü “Qida” sözü ilə əvəz edilsin;
26.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi QAYDALARI”nın 2.4-cü, 2.5-ci bəndlərində, 2.6-cı bəndinin birinci abzasının birinci cümləsində və ikinci abzasında “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 aprel tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 786 (Cild I) ilə təsdiq edilmiş “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nın 3.3.4-cü yarımbəndində “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə əvəz edilsin.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 iyul tarixli 307 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1640 (Cild I); 2024, № 1, maddə 84) ilə təsdiq edilmiş “Ticarət və ictimai iaşə sahəsində qida məhsullarının təbii itki Normaları”nda aşağıdakı dəyişikliklər edilsin:
28.1. 35-ci hissə üzrə:
28.1.1. adında “yemin” sözü “yem məhsullarının” sözləri ilə, cədvəlində “Yem” sözü “Yem məhsulları” sözləri ilə, “yem” sözü “yem məhsulları” sözləri ilə əvəz edilsin;
28.1.2. “Qeydlər”in 4-cü hissəsində “Yemlər” sözü “Yem məhsulları” sözləri ilə əvəz edilsin;
28.2. 39-cu hissənin adında “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə, cədvəlində “Yem” sözü “Yem məhsulları” sözləri ilə, “yem” sözü “yem məhsulları” sözləri ilə əvəz edilsin;
28.3. 43-cü hissənin adında “yemlərin” sözü “yem məhsullarının” sözləri ilə əvəz edilsin.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 436 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2151 (Cild I); 2024, № 1, maddə 116) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
29.1. 2.1.5-ci yarımbənddən “, yem və yem əlavələrinin” sözləri çıxarılsın.
29.2. həmin Qaydaya 5 nömrəli əlavə — “Qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin qanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv edilməsi haqqında Qərar”da aşağıdakı dəyişikliklər edilsin:
29.2.1. adından “, yem və yem əlavələrinin” sözləri çıxarılsın;
29.2.2. mətnindən “, yem və yem əlavələrinin”sözləri və “, yem və yem əlavələri” sözləri çıxarılsın.
30. “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 noyabr tarixli 485 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2435 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
30.1. adına və 1-ci hissəsinə “qida” sözündən sonra “və yem” sözləri, “məhsullarının” sözündən sonra “, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarının” sözləri əlavə edilsin;
30.2. 2-ci hissədə “qida təhlükəsizliyi qeydiyyatına aldığı subyektlərə və yeyinti məhsullarına verdiyi qida təhlükəsizliyi sertifikatları” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildirişin, Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın, ixrac edilən qida və yem məhsullarına verilən sağlamlıq sertifikatları” sözləri ilə, “sertifikatlarının (şəhadətnamələrin), habelə sənədlərin” sözləri “sahəsində sənədlərin, habelə onların” sözləri ilə əvəz edilsin;
30.3. həmin Qərarla təsdiq edilmiş “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
30.3.1. adına, 1.1-ci bəndə və 2-ci hissənin adına “qida” sözündən sonra “və yem” sözləri, “məhsullarının” sözündən sonra “, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarının” sözləri əlavə edilsin;
30.3.2. 2.1-ci bənddə (hər iki halda) “qida məhsullarının” sözləri “qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarının” sözləri ilə, “qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər (bundan sonra - subyektlər), o cümlədən Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınmış və reyestrə daxil edilmiş subyektlər, habelə qida təhlükəsizliyi qeydiyyatına alınmamış subyektlər” sözləri “Qida Təhlükəsizliyi Reyestrinə (bundan sonra - Reyestr) daxil edilmiş qida zənciri subyektləri (bundan sonra – subyektlər)” sözləri ilə əvəz edilsin;
30.3.3. 2.2-ci bənddə “qida məhsullarının idxalatçıları, o cümlədən Agentlik tərəfindən qeydiyyata alınan subyektlərin idxal etdikləri qida məhsullarının” sözləri “qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların” sözləri ilə, “qida məhsulları, qida məhsullarının” sözləri “qida və yem məhsulları, habelə onların” sözləri ilə əvəz edilsin;
30.3.4. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
“2.4-1. Agentlik “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsini nəzərə almaqla qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların gömrük sərhədindən keçirilməsini təmin etmək məqsədilə həmin məhsulların idxalına dair elektron bildiriş üzrə məlumatları Komitəyə ötürür.”;
30.3.5. 2.5-ci bənddə “Dövlət reyestrində qeydə alınmış və ya reyestrdə olmayan” sözləri “Qida Təhlükəsizliyi Reyestrinə daxil edilmiş” sözləri ilə, 2.5.2-ci yarımbənddə “, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər və ya qarşılıqlı saziş olmayan ölkələrdən gətirilən qida məhsullarının təhlükəsizliyini təsdiq edən və beynəlxalq sazişlər və ya təşkilatlar tərəfindən müəyyən olunmuş nümunəvi formaya əsasən tərtib edilmiş sertifikatlar” sözləri “və digər sertifikatlar (şəhadətnamələr), “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlər” sözləri ilə əvəz edilsin;
30.3.6. 2.6-cı bənddə “dövlət reyestrində qeydə alınmış subyektlərin və barəsində reyestrdə məlumat olmayan şəxslərin” sözləri “Reyestrə daxil edilmiş subyektlərin” sözləri ilə əvəz edilsin;
30.3.7. 2.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.8. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarına idxal sağlamlıq aktının verilməsi ilə bağlı Agentliyin mütəxəssislərinə qida təhlükəsizliyi baxımından nəzarət tədbirlərinin (sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarət) aparılması üçün gömrük orqanları tərəfindən şərait yaradılmalıdır.”;
30.3.8. 2.9-cu bənddə “Qida məhsullarına verilən qida təhlükəsizliyi sertifikat-larının” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən məhsulların istehsal və emal edildiyi qida obyektlərinin təsdiq olunmasına dair Reyestrdən çıxarışların” sözləri ilə, “qida təhlükəsizliyi sertifikatları” sözləri “Reyestrdən çıxarışlar” sözləri ilə əvəz edilsin;
30.3.9. 2.12-ci bəndə, 2.12.1-ci yarımbəndə “qida” sözündən sonra “və yem” sözləri əlavə edilsin;
30.3.10. 2.14-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.14. Gömrük orqanı tərəfindən idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara “Yaşıl dəhliz” və digər buraxılış sistemlərini tətbiq etmək məqsədilə məhsulların idxalatçılarının risk qruplaşdırılması aparılarkən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin həmin idxalatçılara dair təqdim etdiyi risk informasiyası da nəzərə alınır.”;
30.3.11. 2.15-ci bəndə (hər üç halda) “qida” sözündən sonra “və yem” sözləri əlavə edilsin;
30.3.12. 2.16-cı bənd ləğv edilsin.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 mart tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2021, № 3, maddə 299 (Cild I); 2024, № 1, maddə 75, № 10, maddə 1167) ilə təsdiq edilmiş “Ərzaq balansının tərtib olunması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
31.1. aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:
“3.3-1. Ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına (tədarükünə) dair məlumatlar ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatlar isə növbəti ayın 10-dək “Elektron Kənd Təsərrüfatı” informasiya sistemi ilə müəyyən edilmiş formada həmin sistemə daxil edilməlidir.”;
31.2. 3.4.5-ci yarımbəndə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.
32. “Satışı əlavə dəyər vergisindən azad olunan yem və yem əlavələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 iyun tarixli 251 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 689 (Cild I); 2024, № 7, maddə 930) aşağıdakı dəyişikliklər edilsin:
32.1. Qərarın adında və 1-ci hissəsində “yem və ” sözləri “yem məhsulları və” sözləri ilə əvəz edilsin;
32.2. həmin Qərarla təsdiq edilmiş “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin SİYAHISI”nda aşağıdakı dəyişikliklər edilsin:
32.2.1. adında “heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem” sözləri “yem məhsulları” sözləri ilə əvəz edilsin;
32.2.2. I hissədə “Yemlər” sözü “Yem məhsulları” sözləri ilə, 1-ci və 2-ci hissələrdə “yemlər” sözü “yem məhsulları” sözləri ilə əvəz edilsin.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (II kitab), maddə 1252 (Cild I); 2024, № 6 (II kitab), maddə 729) ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların Siyahısı”nın 2-ci hissəsinin 42-ci sətrində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 14 may tarixli 257 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 595) ilə təsdiq edilmiş “Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
34.1. 5.3.5-ci və 6.1.3-cü yarımbəndlərdə “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin;
34.2. həmin Qaydaya 2 nömrəli əlavə - “Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiyməti, növü, miqdarı və satınalma şərtləri (o cümlədən satınalma dövriliyi) barədə Elan”ın 3-cü hissəsində “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
35. “Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 avqust tarixli 154 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 783 (Cild I); 2024, № 1, maddə 105) ləğv edilsin.
36. “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (II kitab), maddə 1637 (Cild I) ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 16 ” “ sentyabr ” 2025-ci il
№ 268
13:12 17.09.2025
Oxunuş sayı: 1034