Milonov: Rusiya Azərbaycandan nümunə götürməlidir

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycandakı praktikanı nümunə göstərərək, əmioğlu-əmiqızı və dayıoğlu-xalaqızı arasında nikahların Rusiyada da qadağan olunmasını təklif edib. O, belə evliliklərin mənəvi cəhətdən yolverilməz olduğunu və uşaqlarda genetik fəsadlara səbəb ola biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycandakı nümunəyə əsaslanaraq, Rusiyada əmioğlu-əmiqızı və dayıoğlu-xalaqızı arasında nikahların qadağan olunmasını təklif edib.
Onun sözlərinə görə, belə birliklər mənəvi baxımdan yolverilməzdir və uşaqlarda genetik mutasiyalara, xəstəliklərə səbəb ola bilər. Milonov bildirib ki, o, belə nikahların tamamilə qadağan olunması ilə bağlı təşəbbüs irəli sürəcək.
"Hərçənd Azərbaycan bizim super dostumuz deyil, amma bu məsələdə onlar millətin sağlamlığına diqqət yetirirlər. Ona görə də biz də geri qalmamalıyıq", – deyə o vurğulayıb.
Bənövşə Zahidli
09:09 17.09.2025
Oxunuş sayı: 970