İran və 5 ölkə nüvə obyektlərinə hücumları qadağan edən qətnamə layihəsi təqdim edib

İran, Çin, Rusiya, Venesuela, 🇳🇮 Nikaraqua və Belarus Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Vyanada keçirilən 69-cu sessiyasında nüvə obyektlərinə hücum və təhdidlərin qadağan olunmasını nəzərdə tutan qətnamə layihəsi təqdim ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi "X" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, qətnamənin məqsədi Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) prinsiplərini qorumaq və bütün dövlətlərin dinc nüvə enerjisini inkişaf etdirmək hüququnu müdafiə etməkdir.
Qətnamə layihəsində vurğulanır ki, heç bir ölkə digər ölkələrin nüvə obyektlərinə və infrastrukturlarına hücum etməməli və belə hücumlarla hədələməməlidir.
21:03 16.09.2025
Oxunuş sayı: 588