Xameneyi: Süni intellektlə yaradılmış qadın səsinə qulaq asmaq da haramdır

İranın ali rəhbəri Əli Xameneyi süni intellekt vasitəsilə yaradılmış musiqidə qadınların səsinin dinlənilməsinə dair suala cavab verib. O bildirib ki, bu hal haramdır və qadın səsinin mənbəyinin həqiqi insan, yaxud süni intellekt olmasının heç bir fərqi yoxdur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Xameneyi qeyd edib: “Haram hallarda bu səsin mənbəyinin həqiqi insan və ya süni intellekt olması arasında heç bir fərq yoxdur”.
Qeyd edək ki, İranda 1979-cu il İslam İnqilabından sonra qadınların solo ifası və musiqi əsərlərinin yayımı qadağan olunub. İnqilabdan əvvəl geniş fəaliyyət göstərən qadın müğənnilərin əksəriyyəti ya ölkəni tərk etməyə məcbur qalıb, ya da fəaliyyətlərini dayandırıb.
21:01 16.09.2025
Oxunuş sayı: 870