Patriarx Kirillin Qazaxıstana buraxılmaması tələb olunur

Qazaxıstanda “Demos” ictimai təşkilatının rəhbəri Turar Kusainov Senat sədrinə müraciət edərək Rus Pravoslav Kilsəsinin (RPK) rəhbəri Patriarx Kirillin ölkəyə buraxılmamasını tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Onun sözlərinə görə, Ukraynada pravoslavların qətlinə səbəb olan silahlılara xeyir-dua verən bir şəxsin Astanada keçiriləcək Dünya və ənənəvi dinlər liderlərinin qurultayında iştirak etməsi mənəvi baxımdan yolverilməzdir.
Fatimə Məmmədova
14:24 16.09.2025
Oxunuş sayı: 837