İsrail hərbçiləri Qəzza şəhərinə genişmiqyaslı hücuma başlayıb

İsrail hərbçiləri Qəzza şəhərinə genişmiqyaslı hücuma başlayıb. Bütün Zolaqda güclü partlayış səsləri eşidilir.
Crossmedia.az xəbər verir ki, məqsəd şəhərə nəzarəti ələ keçirmək və HƏMAS-ı “təmizləmək”dir. İsrail ordusu Qəzzaya 37 zərbə endirib, onların bəziləri helikopterlərlə həyata keçirilib. Bundan əvvəl İDF bir milyon Qəzzalının humanitar zonalara getməsini tələb edib. Artıq 300 minə yaxın insan həmin ərazilərə gedib.
Bazar ertəsi Qəzzaya böyük hava zərbələri endirilib və 6 saat sonra tanklar əraziyə daxil olub. Hücum ABŞ dövlət katibi Marko Rubionun İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən cəmi bir neçə saat sonra başlayıb.
ABŞ rəsmisi Axios-a: "Tramp administrasiyası İsraili dayandırmayacaq və Qəzzadakı müharibə ilə bağlı öz qərarını verməyə icazə verəcək. Bu, Trampın müharibəsi deyil, Bibinin müharibəsidir və bundan sonra nə olursa olsun, o, qərar verəcək".
09:21 16.09.2025
Oxunuş sayı: 905