Çarli Kirkə hücum işi üzrə şübhəli bilinən şəxs güllələnə bilər

ABŞ-da mühafizəkar fəal Çarli Kirkə hücum işi üzrə şübhəli bilinən şəxs güllələnmə cəzası ala bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru Pamela Co Bondi Fox News telekanalına verdiyi müsahibədə bildirib.
Gözlənilir ki, şübhəli şəxsə birinci dərəcəli qətl ittihamı irəli sürüləcək. Bu, sentyabrın 16-da və ya həmin həftənin sonunadək baş verə bilər. Yuta ştatının qanunlarına əsasən, bu cinayətə görə kişi ölüm cəzasına — konkret olaraq güllələnməyə — məhkum edilə bilər.
“Qubernatorun dediyi kimi, onlar ölüm hökmünü tələb edəcəklər və bu, Yutada olduqca realdır. Onlarda hələ də güllələmə dəstələri fəaliyyət göstərir,” — deyə Bondi vurğulayıb.
Məsələ ilə bağlı ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kaşyap Patel də açıqlama verib. Onun sözlərinə görə, şübhəli şəxs yazışmalarda törətdiyi cinayəti etiraf edib. Üstəlik, hadisə yerində tapılan silah üzərində onun DNT-si aşkar edilib.
09:20 16.09.2025
Oxunuş sayı: 760