ABŞ və Çin TikTok-u Amerikanın nəzarəti altına köçürmək barədə razılığa gəliblər

ABŞ və Çin TikTok-un Amerikanın nəzarətinə keçməsi üçün çərçivə razılaşması əldə ediblər. ABŞ rəsmiləri bildiriblər ki, sövdələşmənin təfərrüatları cümə günü prezident Donald Tramp və Çin prezidenti Xi Jinping arasında telefon danışığı zamanı təsdiqlənəcək.
Crossmedia.az-ın məlumatına görə, Çin şirkəti ByteDance satışa razılıq verməsə, TikTok sentyabrın 17-də ABŞ-də bloklanacağı ilə hədələndi. ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, müqaviləni yekunlaşdırmaq üçün son tarix uzadıla bilər.
Madriddə iki günlük danışıqlardan sonra Bessent deyib: "Biz müqavilənin kommersiya şərtlərini müzakirə etməyəcəyik. Bu, iki özəl tərəf arasında olan məsələdir, lakin onlar artıq razılaşdırılıb".
23:14 15.09.2025
Oxunuş sayı: 875