Ermənistan Milli Məclisinin sədri Alla Puqaçovanın müsahibəsini alqışlayıb

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan özünün X hesabında rus dilində paylaşım edərək, məşhur rusiyalı müğənni Alla Puqaçovanın son müsahibəsini yüksək qiymətləndirib.
Crossmedia.az-ın məlumatına görə, Simonyan qeyd edib ki, müsahibəni böyük məmnuniyyətlə izləyib və Puqaçovanı “xarizmatik, canlı əfsanə” adlandırıb:
“Alla Puqaçovanın müsahibəsini böyük məmnuniyyətlə izlədim. Bu gözəl, xarizmatik, canlı əfsanə müsahibəsində hamıya qalib gəlir və hər cavabı ilə məftun edir. Onu təsvir etmək üçün sonsuz sayda müsbət epitet seçə bilərsiniz – və onlar hələ də kifayət etməyəcək. Nə deyim – böyük qadın, hansı ki, yalnız oxumur. Bravo!”
Qeyd edək ki, Puqaçovanın sözügedən müsahibəsi Rusiya rəhbərliyinə qarşı açıq etiraz xarakteri daşıyır.
23:06 15.09.2025
Oxunuş sayı: 785