İran və Misir İslam NATO-sunun yaradılmasını təklif edib

Qətərdə keçirilən ərəb və İslam ölkələri sammitində İran və Misir NATO tipli hərbi ittifaq yaratmaq təşəbbüsü ilə çıxış edib.
Crossmedia.az-ın məlumatına görə, Misir ərəb dövlətlərinin ən güclü ordusuna sahib ölkə kimi Qahirədə yerləşəcək birgə hərbi komandanlığın yaradılmasını təklif edib. Bu strukturun məqsədi regional təhlükəsizliyi möhkəmləndirmək və koordinasiyalı müdafiə sistemi formalaşdırmaqdır.
İran da bu təşəbbüsə dəstək verərək, bölgədə kollektiv təhlükəsizlik mexanizminin qurulmasının vacibliyini vurğulayıb.
Bundan əlavə, nüvə silahına malik yeganə müsəlman ölkəsi olan Pakistan İsrailin regiondakı addımlarına qarşı nəzarət və çəkindirmə tədbirlərini həyata keçirmək məqsədi ilə birgə işçi qrupun yaradılamasını təklif edib.
22:45 15.09.2025
Oxunuş sayı: 789