Samvel Karapetyan: Ermənistanda demoqrafik göstəricilər fəlakətlidir

Ermənistanda demoqrafik vəziyyətin ağır olduğunu bildirən həbsdəki biznesmen Samvel Karapetyan gənc ailələrin rifahının yaxşılaşdırılması üçün təkliflərini açıqlayıb.
Crossmedia.az bildirir ki, Karapetyan vurğulayıb ki, ənənəvi erməni ailələrinin qorunması və rifahı “Po-svoemu” hərəkatının əsas istiqamətlərindən biridir:
“Ailələr keyfiyyətli səhiyyə və təhsilə çıxış əldə etməli, dövlət isə bunun təmininə məsuliyyətlə yanaşmalıdır. Hərəkat mövcud problemlərin həlli üçün fundamental təkliflər irəli sürməyə hazırdır və komanda bu sahədə müəyyən təcrübəyə malikdir”.
Fidan Xəlilova
18:51 15.09.2025
Oxunuş sayı: 725