Estoniya Baş naziri: Rusiya bütün dünyaya təhlükə yaradır

Estoniya Baş naziri Kristen Mihal bildirib ki, Rusiya Avropa, NATO və “hər bir ağlı başında olan ölkə” üçün təhlükədir. Onun sözlərinə görə, Rusiya tərəfindən sərhədlərin və hava məkanının pozulması ölkənin aqressiv siyasətini göstərir və onun imperializmi həmçinin Afrikaya da təhlükə yaradır.
Crossmedia.az bildirir ki, Mihal NATO-dan silahların birgə alınmasını və Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpası üçün istifadə olunmasını tələb edib.
Mehriban
16:07 15.09.2025
Oxunuş sayı: 735