Konor Makqreqor prezident seçkilərindən imtina etdi

Məşhur MMA döyüşçüsü Konor Makqreqor İrlandiyada keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb. O, qərarı ailəsi ilə müzakirə etdikdən sonra verdiyini bildirib.
Crossmedia.az bildirir ki, Makqreqorun sözlərinə görə, bu addım onun üçün asan olmayıb, lakin hazırkı mərhələdə doğru seçimdir.
İdmançı əlavə edib ki, bu, onun siyasi karyerasının sonu deyil, əksinə başlanğıcıdır.
16:03 15.09.2025
Oxunuş sayı: 843