ABŞ zabitləri “Zapad-2025” hərbi təlimlərinə gözlənilməz səfər ediblər

ABŞ hərbi zabitləri Belarusda Rusiyanın da iştirakı ilə keçirilən “Zapad-2025” hərbi təlimlərinə gözlənilməz səfər ediblər.
Crossmedia.az xəbər verir ki, onlar təlimləri izləyib, maraqlandıqları məsələlərlə bağlı suallar veriblər. Belarus müdafiə naziri Viktor Xrenin bildirib ki, ABŞ nümayəndələrinə hər şeyi göstərməyə və danışmağa hazırdırlar.
Bu addım Belarus tərəfindən “gözlənilməz” səfər kimi xarakterizə olunub. Təlimlər NATO ilə münasibətlərin gərgin olduğu bir vaxtda keçirilir. Belə bir səfər həm şəffaflıq siqnalı, həm də qarşılıqlı nəzarət vasitəsi kimi qiymətləndirilə bilər.
Son zamanlar ABŞ və Belarus arasında müəyyən diplomatik yumşalmalar müşahidə olunur.
15:53 15.09.2025
Oxunuş sayı: 888