Pezeşkian: İsrail öz addımlarında heç bir çərçivə tanımır

İran prezidenti Məsud Pezeşkian Dohaya səfəri ərəfəsində İsrailin Qətərdə HƏMAS nümayəndələrinə qarşı son hücumunu şərh edib.
Crossmedia.az xəbər verir ki, Pezeşkianın sözlərinə görə, İsrail istədiyi yeri hədəf alaraq heç bir məhdudiyyət tanımadan hərəkət edir:
“Bu gün biz İsrailin istədiyi yerə hücum etdiyini və istədiyini etdiyini görürük. Təəssüf ki, ABŞ və bəzi Avropa ölkələri bu təcavüz aktlarını dəstəkləyir”.
O bildirib ki, qarşıdan gələn müsəlman liderlərinin sammitində Tehran İslam dünyasının birliyini gücləndirmək və İsrailin hərəkətlərinə qarşı vahid mövqe formalaşdırmaq niyyətindədir.
15:31 15.09.2025
Oxunuş sayı: 1057