Erməni deputat məhv edilmiş erməni snayper qadınların adlarını açıqlayıb

Ermənistan parlamentinin deputatı Kristine Vardanyan 2022-ci il sentyabrın 13-də Vardenis və Cermuk istiqamətində baş verən döyüşlər zamanı məhv edilmiş erməni snayper qadınların adlarını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Vardanyan sosial şəbəkə hesabında yazıb.
“2022-ci il sentyabrın 13-də Vardenis və Cermukun “müdafiəsi” zamanı ölən qadınlar: Alisa Melkonyan, Anuş Apetyan, İrina Qasparyan, Qayane Abqaryan, Susanna Qriqoryan.
Rəsmi məlumatlara görə, həmin gün 224 qurbanımız olub”, - deyə o qeyd edib.
14:25 15.09.2025
Oxunuş sayı: 976