Polşa ordusu “Dəmir Qapılar 2025” təlimlərinə başladı

Polşa ordusu “Dəmir Qapılar 2025” adlı genişmiqyaslı hərbi təlimlərə start verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, təlimlər çərçivəsində təxminən 40 min əsgər Belarus və Königsberq (Kalininqrad) sərhədlərində yerləşdirilir.
Qeyd edək ki, təlimlərin məqsədi sərhəd təhlükəsizliyini artırmaq və döyüş hazırlığını yoxlamaqdır.
Fatimə Məmmədova
14:22 15.09.2025
Oxunuş sayı: 640