ABŞ və Venesuela arasında gərginliyin artması Rusiyanın hava qüvvələrini ölkəyə yerləşdirəcəyi ehtimalını çoxaldır

ABŞ və Venesuela arasında gərginliyin artması və çoxsaylı informasiyaların fonunda ABŞ-ın Venesuela hədəflərinə zərbə endirməsinin nəzərdən keçirildiyi bir vaxtda Rusiyanın strateji hava qüvvələrini ölkəyə yerləşdirə biləcəyi ehtimalı ortaya çıxır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Lenta.ru" nəşri məlumat yayıb.
Ekspertlərin fikrincə,Bundan öncə, Tu-160 strateji bombardmançıları ölkənin ABŞ tərəfindən ciddi təhdidlərlə üzləşdiyi dövrlərdə Venesuelaya göndərilmişdi. Ümumilikdə Tu-160-ın Venesuelaya göndərilməsi ssenarisinin tamamilə fantastik olduğunu söyləmək olmaz.
Əslində, bu, son onilliklər ərzində artıq bir neçə dəfə baş verib. Sonuncu dəfə 2018-ci ildə Donald Tramp ilk dəfə Venesuelanı hərbi işğalla hədələdikdə Kreml müvafiq qərarı vermişdi. Tu160 nüvə başlığı daşıya bilən bombardmançı təyyarədir.
09:09 15.09.2025
Oxunuş sayı: 1105