Tramp: Xarici şirkətlər amerikalı işçilərə məhsulların hazırlanmasını öyrətməlidirlər

ABŞ-yə sərmayə yatıran xarici şirkətlər öz mütəxəssislərini gətirərək amerikalı işçilərə çip, yarımkeçirici, gəmi və qatar kimi mürəkkəb məhsulların istehsalını öyrətməlidirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabı vasitəsilə bildirib.
Tramp bu fikirləri hazırda Madriddə davam edən ABŞ-Çin danışıqları kontekstində səsləndirib və bildirib ki, ABŞ sərmayəni alqışlayır, bu sahələrdə öyrənmək və nəticədə üstün mövqe qazanmaq niyyətindədir.
09:05 15.09.2025
Oxunuş sayı: 996