Qatar Airways xəritəsində İsrail yox, “Fələstin ərazisi” göstərilib

Qatar Airways aviaşirkətinin sərnişinlərindən biri təyyarədə təqdim edilən interaktiv xəritənin skrinşotunu paylaşıb. Şəkildə “İsrail” adının yerinə “Palestinian Territory” (Fələstin ərazisi) qeyd olunub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məsələ diqqət çəkib, çünki bu addım Qatarın rəsmi mövqeyinə uyğundur – Doha İsraili dövlət kimi tanımır və Fələstini dəstəkləyir.
22:45 14.09.2025
Oxunuş sayı: 629