Pakistan Qətərin Suverenliyini Dəstəkləyəcəyini Bildirdi

Pakistanın baş naziri Mühəmməd Şahbaz Şərif Qətərin suverenliyi və ərazi bütövlüyünün qorunması üçün atılan bütün addımlara dəstək verməyə hazır olduqlarını bəyan edib. Bu açıqlama onun Qətərin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Dohada keçirilən görüşü zamanı səsləndirilib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, tərəflər arasında keçirilən danışıqlarda iki ölkə arasındakı münasibətlərin gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Pakistan hökumət başçısı Qətərin bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O, həmçinin dostluq əlaqələrinin möhkəmləndirilməsinin hər iki ölkənin maraqlarına xidmət etdiyini diqqətə çatdırıb.
Görüş zamanı iqtisadi əməkdaşlıq, enerji layihələri və ticarət əlaqələrinin genişləndirilməsi imkanları da gündəmdə olub. Hər iki tərəf gələcəkdə birgə layihələrin reallaşdırılması üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib.
23:29 11.09.2025
Oxunuş sayı: 646