Fransalı diplomat: "Avropa Ukraynanın təhlükəsizliyini təmin etməyə hazır deyil"

Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Pyer Leluş CNews telekanalına verdiyi müsahibədə bildirib ki, Avropa Ukraynanın təhlükəsizliyini təmin edə bilməyəcək, çünki buna hazır deyil.
"Bütün Avropa kütləvi şəkildə silahsızlanıb. Bu gün isə Ukraynanın təhlükəsizliyini təmin etməyə qatılacağımızı deyirik, amma necə? Hazırda hətta təchizat işləri də başlamayıb. Avropada yalnız iki ölkə bu sahəyə ciddi vəsait ayırıb: Polşa – Avropa pullarının köməyi ilə, və Almaniya, öz resursları ilə. Biz və ingilislər isə vəsait çatışmazlığı səbəbindən geridəyik. Ona görə yaxşıdır ki, Ukraynanın təhlükəsizliyinə cavabdehlik götürəcəyimizi deyirik, amma necə?", - o bildirib.
Ekspert həmçinin bildirib ki, ABŞ daha döyüşmək və silah tədarük etmək istəmir, indi əsas yük isə avropalılara düşür, lakin onlar həm hərbi, həm də iqtisadi baxımdan buna hazır deyillər.
Mehriban Yariyeva
12:30 18.08.2025
Oxunuş sayı: 1543