Azərbaycan Hərbi Dəniz Qüvvələrinə məxsus “Salvo” silahlı pilotsuz dəniz qayığı

Azərbaycan Hərbi Dəniz Qüvvələrinə məxsus, Türkiyə istehsalı olan “Salvo” silahlı pilotsuz dəniz qayığı.
“Salvo” Türkiyənin Dearsan gəmiqayırma şirkəti tərəfindən Aselsan, Roketsan və Yaltes ilə birgə istehsal olunan silahlı insansız dəniz vasitəsidir.
Crossmedia.az xəbər verir ki, ilk dəfə 2021-ci ilin sonunda təqdim edilən bu USV-nin uzunluğu 14,8 metr, eni 3,8 metr, suya oturumu isə 0,75 metrdir. Kompozit gövdəyə malik olan “Salvo” 45–60 düyün (83–111 km/s) sürətlə hərəkət edə bilir və təxminən 300 dəniz mili (~550 km) məsafə qət etmək qabiliyyətinə sahibdir.
Silahlanmasına Roketsan istehsalı 70 mm lazerlə idarə olunan Cirit raketləri, UMTAS tank əleyhinə raketləri, Aselsan istehsalı 12,7 mm-lik stabilizasiya olunmuş uzaqdan idarə olunan silah sistemi (STAMP-2/L) və sonradan Unirobotics tərəfindən hazırlanmış TRAKON Lite UKSS daxildir.
İlk atış testləri 2022-ci ilin mayında Marmara dənizində aparılıb və hərəkət edən hədəflər uğurla vurulub. “Salvo” kəşfiyyat, səth döyüşləri, asimmetrik müharibə, qaçaqmalçılıqla mübarizə, eskort və strateji obyektlərin qorunması kimi tapşırıqlarda istifadə oluna bilir. İdarəetmə həm qurudan nəzarət stansiyaları, həm də hərbi gəmilər vasitəsilə həyata keçirilir.
14:52 14.08.2025
Oxunuş sayı: 781