“Sovetski”də qəzalı binaların söküntüsünə başlanılıb

Bakının Yasamal rayonunda
“Sovetski” kimi tanınan ərazidə istismar müddətini başa vuran, qəzalı vəziyyətdə
olan, şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsünə start
verilib.
Crossmedia.az xəbər verir ki, həm
sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətli olan bu
proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin
yaradır.
Mərkəzi Parkın bu günə qədər
istifadəyə verilən üç hissəsi sayəsində onun ümumi sahəsi artıq 35,4 hektara
çatıb. Şəhərin mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetik
deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır. Sakinlərin mədəni və
rahat istirahəti üçün yaradılmış bu müasir park həm yerli əhalinin, həm də şəhərin
qonaqlarının rəğbətini qazanıb.
Hazırda davam edən söküntü işləri
isə Mərkəzi Parkın daha da genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının
salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə
və şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir.
10:46 07.08.2025
Oxunuş sayı: 761