İlin ilk yeddi ayında doğulan 55 mindən çox uşaq üçün birdəfəlik müavinət verilib

Bu ilin yanvar-iyul ayları ərzində 55 min 957 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.
Crossmedia.az-a xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Müavinət ödənişləri 26 min 289 qız, 29 min 668 oğlan uşağına görə aparılıb.
11:11 06.08.2025
Oxunuş sayı: 652