Ali təhsil müəssisələrinin sərgisinin açılışı olub

Bu gün Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisinin açılışı olub. Crossmedia.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov açılışda iştirakçıları salamlayaraq ali təhsil müəssisələrinə qəbul kampaniyası və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında duran ən vacib məsələ – ixtisas seçimi haqqında məlumat verib.
V.Misirov ixtisas seçimi ərəfəsində abituriyentlərlə ali təhsil müəssisələri nümayəndələrinin birbaşa görüş fürsətinin əhəmiyyətini vurğulayıb və qonaqlara Dövlət İmtahan Mərkəzinin təşəbbüsünə qoşulduqları üçün təşəkkür edib.
Ayhan
09:49 30.07.2025
Oxunuş sayı: 1039