Ötən həftə 1300 hektardan çox ərazi minalardan təmizlənib

Azad
olunan ərazilərdə iyulun 21-dən 27-dək 15 tank əleyhinə, 46 piyada əleyhinə
mina, 1097 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Crossmedia.az
xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad
edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə
bağlı həftəlik məlumatında deyilir.
Ötən
həftə ərzində 1354.2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Qeyd
edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər,
Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl,
Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad
edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata
keçirib.
13:01 28.07.2025
Oxunuş sayı: 1074