"Tağıyev" filminin ikinci sezonu çəkilə bilər

"Tağıyev" filminin ikinci sezonu çəkilə bilər
Crossmedia.az xəbər verir ki, bunu "Tağıyev" filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı deyib.
O bildirib ki, "Tağıyev" filmi əslində 8 bölüm yazılıb:
“8 bölüm yazılan bu filmin yalnız 4 bölümü ekranlaşdırılıb. Maliyyə olacağı təqdirdə, digər 4 bölüm də çəkiləcək. 3-cü bölümdə Tağıyevin həyatından çox maraqlı faktlar, o cümlədən baş qəhrəman Sona xanım, Tağıyevin oğlu ilə mübahisəsi və Qızlar Gimnaziyasının açılması kimi mövzular yer alacaq”.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan bu filmin 2 bölümü "Tağıyev: Neft" və "Tağıyev: Çar" artıq kinoteatrlarda nümayiş etdirilib.
Video: http://youtu.be/GxEqVjMoHQA
Nəzrin Salmanova
10:28 27.07.2025
Oxunuş sayı: 1109