Polis sahilboyu ərazidə profilaktik tədbirləri davam etdirir

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
DİN-dən Crossmedia.az-a verilən məlumata əsasən Paytaxtın Xəzər, Binəqədi, Qaradağ və Səbail rayonlarında Xəzər dənizinin sahilboyu ərazilərində keçirilən növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması halları aşkar edilib.
Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə ümumilikdə 15 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbirlər görülüb. Bir daha diqqətə çatdırırıq ki, qeyd olunan profilaktik tədbirlər ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlib.
16:57 23.07.2025
Oxunuş sayı: 829