Paşinyan: "Ümid edirəm ki, bu formatda söhbətlərimizi davam etdirəcəyik"

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidə keçirdiyi görüş barədə açıqlama verib
Crossmedia.az-ın məlumatına görə Painyan bildirib ki, "Prezident İlham Əliyevlə müsbət bir görüş keçirdik. Bu görüş faydalı nəticələr verə bilər. Nə nəticələr? Düşünürəm ki, indi bu barədə danışmaq doğru olmaz. Əgər müsbət nəticələr olsa, görəcəksiniz.
Görüşdə ideyalar irəli sürüldü. Məlum oldu ki, bu ideyalar arasında tərəflərin müsbət yanaşdığı bəzi fikirlər var.
Ola bilər ki, tərəflər beş gün sonra düşünsünlər ki, bu fikirlər o qədər də müsbət deyil, ya da əksinə, münasibət daha da müsbətə doğru dəyişsin. Hər halda, ümid edirəm ki, bu formatda söhbətlərimizi davam etdirəcəyik"
18:29 16.07.2025
Oxunuş sayı: 957