Süveyda hökumət nəzarətində: komendant saatı tətbiq olundu

Suriya hökumət qüvvələri son günlər toqquşmaların yaşandığı Süveyda şəhərinə daxil olaraq orada nəzarəti ələ alıblar. Gərginliyin azaldılması məqsədilə şəhərdə komendant saatı elan edilib.
Crossmedia.az xəbər verir ki, son günlər druz və bədəvi tayfaları arasında silahlı toqquşmaların baş verdiyi Süveyda şəhərinə Suriya hökumət qüvvələri daxil olub.
"Təhlükəsizlik qüvvələrinin şəhərə daxil olmasını alqışlayır və qarşıdurma əvəzinə dövlətlə əməkdaşlığa çağırırıq," - deyə druz icmasının ruhani lideri İsrail tərəfdarı şeyx Hikmət əl-Hicri bildirib.
Bənövşə Zahidli
15:35 15.07.2025
Oxunuş sayı: 869