İran XİN nümayəndəsi: “ABŞ-lə heç vaxt etimada əsaslanan danışıqlar aparmamışıq”

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib ki, Tehran Birləşmiş Ştatlarla heç vaxt etimada əsaslanan danışıqlar aparmayıb. O, bunu Vaşinqtonun öz öhdəliklərini dəfələrlə pozması ilə izah edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o, vurğulayıb ki, İsrailin İrana qarşı son təcavüzü diplomatiyaya və İranın ABŞ-ə qarşı onsuz da minimal olan etimadına ciddi zərbə vurub. Bəqai əlavə edib ki, İrana müharibə sırımaq əslində bütün regiona təhlükəsizliyin olmamasını sırımaq deməkdir.
“Qoy bir daha qeyd edim: Biz ABŞ-lə heç vaxt etimada əsaslanaraq danışıqlar aparmamışıq, çünki Vaşinqtonun İranın nüvə məsələsi üzrə öhdəliklərini pozması hamıya məlumdur.
İsrailin İrana hücumu diplomatiyaya, beynəlxalq norma və sabitliyə zərbə vurdu,” – deyə o yekunlaşdırıb.
Pərvin Hacıyeva
14:15 15.07.2025
Oxunuş sayı: 688