İran Prezidenti: “Diplomatiya pəncərəsi hələ də açıqdır”

İran Prezidenti Məsud Pezeşkiyan bildirib ki, yeni üfüqlərə yol açmaq üçün keçmişə tənqidi yanaşmaq vacibdir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, daha yaxşı gələcəyə aparan əsas yol ümidi yenidən dirçəltmək, öyrənməyə və dəyişməyə hazır olmaq, razılıq, qarşılıqlı anlaşma və sağlam düşüncə əsasında yeni istiqamət müəyyənləşdirməkdir.
“Biz hələ də əminik ki, diplomatiya pəncərəsi açıqdır və bu sülh yolunu ciddi şəkildə davam etdirməyə qərarlıyıq”, – deyə Prezident Pezeşkiyan vurğulayıb.
Pərvin Hacıyeva
12:45 15.07.2025
Oxunuş sayı: 629