Paşinyan Trampa müraciət etmək təklifini rədd etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampa Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın azad olunmasına kömək etməsi üçün məktub yazmaqdan imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, ABŞ-də yaşayan erməni diasporu Trampın çevrəsinə çıxış əldə edib.
“Tramp rəsmi İrəvandan müraciət olduğu təqdirdə məsələyə qarışmağa hazır olduğunu bildirib. Vardanyanın ailəsinin bu müraciəti Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts vasitəsilə çatdırılıb. Lakin hökumət bu istəyi yerinə yetirməkdən imtina edib. Hakimiyyət bunun Azərbaycanla aparılan sülh prosesinə zərər verə biləcəyini hesab edir”,- deyə məlumatda bildirilir.
Nəzrin Salmanova
15:20 15.07.2025
Oxunuş sayı: 742