Trampdan Rusiya ilə bağlı sərt bəyanatlar: ABŞ 100%-lik tariflər və yeni sanksiyalar tətbiq edə bilər

ABŞ-nin prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir sıra sərt bəyanatlarla çıxış edib.
Onun sözlərinə görə, əgər təxminən 50 gün ərzində Ukrayna ilə bağlı sülh razılaşması əldə olunmazsa, ABŞ Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı ikincili sanksiyalar tətbiq edəcək.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp həmçinin bəyan edib ki, əgər Moskva və Vaşinqton arasında Ukrayna mövzusunda razılıq əldə olunmasa, ABŞ Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik idxal rüsumları tətbiq edəcək. O qeyd edib ki, bu qərarlar ABŞ-nin milli maraqları və Avropadakı sabitlik üçün atılacaq addımlardır.
Məlumata görə, ABŞ və NATO Ukraynaya yeni silah tədarükü barədə razılığa gəliblər. Bu silahların maliyyələşdirilməsi isə əsasən Avropa İttifaqı ölkələrinin hesabına həyata keçiriləcək.
O həmçinin vurğulayıb ki, ABŞ Konqresində müzakirə olunan və Rusiyaya və onun tərəfdaşlarına qarşı 500%-lik idxal rüsumlarının tətbiqini nəzərdə tutan yeni sanksiya qanun layihəsi əhəmiyyətini itirəcək, çünki böhran diplomatik yollarla həll olunacaq.
22:01 14.07.2025
Oxunuş sayı: 784