İsrail ordusu Suriya tanklarını məhv edib

İsrail ordusu Suriyaya qarşı yenidən hərbi əməliyyat həyata keçirib. Hadisə ilə bağlı yayılan rəsmi məlumatda qeyd olunur ki, İsrail ordusu ölkənin cənub sərhədi yaxınlığında, Suveydə bölgəsinə doğru hərəkət edən Suriya tanklarını məhv edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, İsrail ordusu tankların təhlükə yaratdığını əsas gətirərək onların zərərsizləşdirildiyini bəyan edib. Rəsmi açıqlamada tankların sərhədə yaxınlaşmasının təhlükəsizlik baxımından təhdid olaraq qiymətləndirildiyi vurğulanıb.
Digər tərəfdən, Suriya Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, tanklar ölkənin cənubunda asayişi təmin etmək məqsədilə hərəkət edirdi. Nazirlik bu hücumu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və vəziyyətin daha da gərginləşməməsi üçün beynəlxalq ictimaiyyəti müdaxiləyə çağırıb.
Hadisə bölgədəki gərginliyin bir daha artdığını göstərir və münaqişənin daha da dərinləşməsi ehtimalını gündəmə gətirir.
22:10 14.07.2025
Oxunuş sayı: 691