Ermənistanda çiçəkçiliklə məşğul olanlar magistral yol bağlayaraq etiraz aksiyası keçiriblər

Ermənistanda çiçək biznesi ilə məşğul olan şəxslər Eçmiədzin–İrəvan magistral yolunu çiçəklərlə bağlayaraq etiraz aksiyası keçiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd edək ki, aksiyaya səbəb onların Rusiya bazarına çiçək ixrac edə bilməməsidir. Sahibkarlar bu məhdudiyyətin bizneslərinə ciddi zərbə vurduğunu bildirirlər.
Xatırladaq ki, "Rosselxoznadzor" daha əvvəl üçüncü ölkələrdən gətirilən və Ermənistanın fitosanitar sertifikatları ilə müşayiət olunan çiçək məhsullarının Rusiyaya idxalına müvəqqəti məhdudiyyətlərin tətbiq oluna biləcəyini açıqlamışdı. Qurumun məlumatına görə, çiçəklərdə Qərbi çiçək tripsi (zərərverici) aşkarlanıb.
Xumar Emilqızı
21:50 14.07.2025
Oxunuş sayı: 708