İraq PKK-nın 11 düşərgəsinin ləğvini planlaşdırır

İraq hökuməti Türkiyə ilə birgə ölkənin şimalında fəaliyyət göstərən PKK terror təşkilatına məxsus 11 əsas düşərgənin bağlanmasını planlaşdırır.
Crossmedia.az xarici KİV istinadən xəbər verir ki, məlumata görə, bu düşərgələrdə minlərlə PKK üzvü yerləşdirilib və onların digər bölgələrə köçürülməsi nəzərdə tutulur.
Bu addım, Türkiyənin “Terrorizmdən azad Türkiyə prosesi” çərçivəsində terror təhdidinin tamamilə neytrallaşdırılmasına yönəlmiş geniş strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Sözügedən düşərgələr İraqda PKK-nın əsas bazaları sayılır və onların ətrafında kiçik dayaq nöqtələri də mövcuddur. Xüsusilə Türkiyə sərhədinə yaxın yerləşən və ciddi şəkildə qorunan Zap düşərgəsinə diqqət yetirilir. Məlumata görə, bu baza yalnız təşkilat üzvləri üçün əlçatandır və oradan dəfələrlə Türkiyə ərazisinə sızma cəhdləri həyata keçirilib.
Düşərgələrin ləğvi regionda təhlükəsizliyin təmin olunması və Türkiyə-İraq əməkdaşlığının möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Mədinə Cəlilova
21:10 14.07.2025
Oxunuş sayı: 740