Türkiyə ordusu İraqın şimalında PKK-ya məxsus gizli mağara aşkar edib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirdiyi “Pençe-Kilit” antiterror əməliyyatı çərçivəsində PKK terror təşkilatına məxsus böyük bir gizli mağara aşkarlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkə platformasında məlumat yayıb.
Bildirilib ki, sərhədyanı axtarış və yoxlama əməliyyatları zamanı 1800 metr uzunluğunda və 33 otaqdan ibarət mağara müəyyən edilib. Mağaranın PKK tərəfindən istifadə edildiyi qeyd olunub.
Əməliyyat zamanı mağarada çox sayda silah, sursat və ilkin ehtiyac malları ələ keçirilib. Tapılan vasitələr istifadəyə yararsız hala salınaraq məhv edilib.
Mədinə Cəlilova
20:18 14.07.2025
Oxunuş sayı: 814