Putin və Tramp arasında gizli söhbət: Rusiya Ukraynada hücumları gücləndirməyə hazırlaşır

Bu yaxınlarda baş tutan şəxsi söhbət zamanı Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın sabiq Prezidenti Donald Trampa qarşıdakı 60 gün ərzində Ukraynaya qarşı hücumları intensivləşdirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Putin söhbət zamanı vurğulayıb ki, məqsəd Rusiyanın mühüm mövqelərə malik olduğu Ukrayna vilayətlərinin inzibati sərhədlərinə qədər irəliləməkdir.
Tramp isə bu barədə Fransa Prezidenti Emmanuel Makronla təkbətək söhbətində danışaraq bildirib ki, "Putin hər şeyi almaq istəyir və o, dayanmayacaq".
Bu məlumatlar Rusiya-Ukrayna müharibəsinin növbəti mərhələsində gərginliyin artacağı ehtimalını gücləndirir.
18:48 14.07.2025
Oxunuş sayı: 605