Ərdoğan Urmiyanı "kürd şəhəri" kimi təqdim edən TRT direktorunu işdən çıxardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Kurdi telekanalında Urmiyanın "kürd şəhəri" kimi təqdim edilməsindən sonra dərhal tədbir görüb.
Hadisədən bir gün sonra Ərdoğan TRT-nin Kürd departamentinin direktoru Əhməd Albayrakı vəzifəsindən azad edib.
Crossmedia.az xəbər verir ki, "TRT Kurdi" kanalında yayımlanan bir proqramda Urmiya şəhəri guya kürd şəhəri kimi təqdim olunmuşdu. Bu təqdimat ciddi ictimai narazılığa səbəb olmuşdu.
Hadisə Türkiyə ictimaiyyətində geniş rezonans doğurub və dövlətin məsələ ilə bağlı sərt reaksiyası diqqət çəkib.
15:01 14.07.2025
Oxunuş sayı: 626